Mayda Əfv gözlənilir - Beş gün sonra iclasdır
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, komissiyanın üzvləri aprelin 3-də toplaşaraq müraciətlərə baxılması prosesinə start verəcəklər.
İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.