Canlıda dərman tövsiyə edən əczaçıları nə gözləyir? – VİDEO
Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı məsləhətlər verirlər.
Globalinfo.az xəbər verir ki, aptek əməkdaşları həmçinin müxtəlif xəstəliklərin müalicəsi üçün dərmanlar tövsiyə etdikləri videolar da paylaşırlar.
Bəs aptek əməkdaşlarının xəstələrə dərman vasitələri ilə bağlı tövsiyələr vermək, təyin etmək kimi səlahiyyətləri var?
Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Elvin Nağıyev bildirib ki, reseptlə buraxılan dərman vasitələrinin pasiyentlərə təyin olunması yalnız həkimlər tərəfindən həyata keçirilməlidir:
“Əczaçılar həkim tərəfindən pasiyentə təyin edilmiş və reseptdə qeyd olunmuş təsiredici maddəyə müvafiq olaraq fərqli ticarət adları ilə buraxılan, eləcə də reseptsiz dərman vasitələrini tövsiyə edə bilərlər. Sosial platformalar üzərindən əczaçılar tərəfindən dərman vasitələrinin reklam edilməsi isə yolverilməzdir. Bu cür hallar tərəfimizdən aşkar edildikdə, müvafiq tədbirlər həyata keçirilir”.
Ətraflı Baku TV-nin süjetində: