Bia.Az

Ərini öldürmək istəyən qadın məhkəmə zalında həbs edildi

Cəmiyyət
 27-03-2024, 12:39     317

Ərini öldürməyə cəhd etməkdə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Lalə İmaşova 9 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, hadisə keçən ilin yanvarın 21-i saat 06 radələrində paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Lalə İmaşova əri Ceyhun İmaşovla əvvəl mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə kişinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakta görə Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120.1 (Ölümə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
скачать dle 12.1