İş adamı Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verdi - DETALLAR
Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı vətəndaş Vəliyev Elşad Mahmud oğlu Gəncə Kommeriya Məhkəməsinə müraciət edib.
Belə ki, E.Vəliyev alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə məhkəməyə tələb irəli sürüb.
İddia hakim Gülnaz Quliyevanın icraatına verilib.
Məhkəmənin vaxtı aprelin 12-ə təyin edilib.
Qeyd edək ki, E.Vəliyev Ağstafa rayonunda sahibkarlıqla məşğul olur.