Bia.Az

Maşın bazarında DƏLƏDUZLUQ TÜĞYAN EDİR - Diqqət, TƏHLÜKƏ!

Cəmiyyət
 21-03-2024, 15:42     169

"Sosial şəbəkələrdən maşın alqı satqı olan tanınmış səhifələr var... Misal üçün, birini deyim: hamının bildiyi turbo az.... Maşın alıb satanlara demək istəyirəm ki, ehtiyatlı olsunlar". Dia-az.info bildirir ki, bu barədə sözügedən sahədə mütəxəssis olan Ramazan Hacıoğlu vətəndaşlarımızı uyarıb.

R.Hacıoğlu dələduzların sadəlövh insanlarımıza qarşı hansı üsullardan isttifadə etdiyini belə anladır: "Yeni qadağa qüvvəyə minəndən sonra, yəni istehsal ili 10 ildən yuxarı olan avtomobilləri ölkəyə idxalı məhdudlaşdırılandan sonra işbazlar yeni üsula əl atıblar. İli köhnə olan nəqliyyat vasitələrini ölkəyə gətirə bilmədikləri üçün dələduzlar daxili bazara yönəlib camaatı tora salırlar.


Misal üçün kimdəsə 2008 ci-ilin maşını var, maşının orta bazar qiyməti 14.500-14000 AZN-dir İşbazlar görün, neynəyir... həmin maşından daha yaxşı vəziyyətdə olan maşını "vip elan"a qoyurlar... Qiyməti də daha ucuz gösərirlər... məsələn, 12 minə qoyurlar. 3-4 oxşar elanları "vip elan"ı edib ön sıralarda həmin maşınları çıxardırlar. Bir alıcı olaraq mən zəng etsəm, zəngimə cavab vermirlər.


İndi keçək əsas məsələyə... hansısa bir vətəndaş maşın satmaq istəyir, bazara maşını çıxartmağa vaxtı olmadığı üçün üz tutur məşhur turbo.az saytına. Maşını satmaq istəyən vətəndaş görür ki, satmaq istədiyi maşından daha ideal vəziyyətdə olan maşınlar 12 minə qoyulub. İndi bu insan fikirləşir mən bu maşını 14 minə qoysam, sata bilməyəcəm. O da işbazların tələsinə düşüb maşını 12 minə satışa çıxarır. Halbuki həmin şəxs bu maşını 14 minə də, sata bilərdi, elanı qoyan kimi işbazlar dərhal zəng edib maşının sahibi ilə razılaşır, elanı sildirir və maşını 12 mindən də biraz aşağı qiymətə alır və ölkə daxilində bir maşında 3 min pul tuturlar. Xarici bazarlardan əli üzüldüyü üçün daxili bazara iyrənc formada yönəliblər. Maddiyata görə mənəviyyatını satmağa hazır olan növbədə minlərlə könüllülər dəstəsi yetişir qurban olduğum məmləkətdə...."
скачать dle 12.1