Bia.Az

AXCP-nin Daşkəsən şöbəsinin sədri narkotik ittihamı ilə saxlanıldı – Rəsmi

Cəmiyyət
 19-03-2024, 14:22     290

Azərbaycan Xalq Cəbəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Turantv.az xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Bildirilib ki, o, ötən gün – martın 18-də, saat 18 radələrində Daşkəsən rayon Bayan kəndi ərazisindəki polis postunda maskada olan mülki geyimlilər tərəfindən zorakılıqla maşına əyləşdirilib və naməlum istiqamətdə aparılıb.

Qeyd olunur ki, o saxlanılarkən bacısı da yanında olub. İddiaya görə, bacısı hadisə anını mobil telefonu ilə lentə almaq istəsə də, sözügedən şəxslər ona qarşı zorakılıq edərək, buna imkan verməyiblər.

Sahib Məmmədzadə


DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, S.Məmmədzadə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:

“O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir”.

yeniavaz.comскачать dle 12.1