Bia.Az

Polis bayram günlərində də gücləndirilmiş iş rejimində xidmətini davam etdirəcək - Diqqət

Cəmiyyət
 18-03-2024, 13:56     186

Novruz bayramı günlərində də daxili işlər orqanlarının əməkdaşları
gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz
bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və
hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha
mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti
gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların
sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli
obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaqdır.
Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə
tədbirləri genişləndiriləcəkdir.
Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.

dia-az.info
скачать dle 12.1