Bia.Az

İrəvanda təşviş: erməni qatillərinin izi Ağdərədən silindi – FOTO

Cəmiyyət
 18-03-2024, 01:04     233

İşğaldan azad edilmiş Ağdərə rayonunun Qozlukörpü kəndində 1992-1993-cü illərdə Qarabağın işğalında iştirak etmiş terrorçuları əbədiləşdirmək üçün ucaldılan abidə yığışdırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məluat yayıb.

Abidə keçmiş qondarma rejimin təşəbbüsü ilə 2016-cı ildə ucaldılıb. Bunun Birinci Qarabağ müharibəsi zamanı Qarabağın işğalında aktiv iştirak etmiş və xüsusi amansızlıq göstərmiş dəstənin şərəfinə hazırlandığı bildirilir.

Qeyd edək ki, abidənin Ağdərədən yığışdırılması Ermənistana köçən, İrəvanda təşkilatlanmağa cəhd göstərən separatçılar arasında ciddi təşvişə səbəb olub.скачать dle 12.1