Bia.Az

Valideynlər qərarsızdır - Uşağı məktəbə göndərim, ya yox? - VİDEO

Cəmiyyət
 1-09-2020, 21:18     361

5 aydan çoxdur ki, koronavirus səbəbindən bağlı qalan məktəblərin açılmasına artıq sayılı günlər qalıb. Əksər valideynlər isə hələ də övladını məktəbə göndərib-göndərməmək barəsində qərarsızdır. Bir yandan istəyirlər ki, övladları dərslərdən geri qalmamaq üçün məktəbə getsin, digər tərəfdən isə virusun səbəb ola biləcəyi təhlükələr onları qorxudur.Bəs bu barədə ekspertlər nə deyirlər?

Yeni tədris ilinin başlamasına iki həftə qalsa da, əksər valideynlər uşaqlarını məktəbə göndərib-göndərməmək məsələsində tərəddüd edirlər. Deyirlər ki, uşaqları məktəbə qoymasalar dərslərdən geri qalacaqlar, gedəndə isə virus təhlükəsi onları qorxudur. Təhsil Nazirliyi isə son qərarı valideynlərin öhdəsinə buraxıb

Klinik psixoloq Məleykə İsmayılova deyir ki, valideynlər təşvişə düşmədən günlük statistika və baş verənləri diqqətdə saxlayaraq, övladlarını məktəbə göndərə bilərlər.

Həkim-infeksionist Vüqar Cavadzadə də deyir ki, 10 yaşına kimi uşaqlar virusa yoluxsa belə, xəstəliyi yüngül formada keçirir. Amma məktəbdə müxtəlif yaş kateqoriyalı uşaqlar olduğundan, gigiyenik qaydalar daim nəzarətdə saxlanmalı və deyilən bütün şərtlərə əməl olunmalıdır.
Bundan başqa, sinif otaqları həftədə 2-3 dəfə dezinfeksiya edilməli, havası mütəmadi dəyişdirilməlidir. Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq bütün məktəblərə qaydalara maksimum əməl edilməsi ilə bağlı tapşırıqlar verilib. Dərslərə start verilən gündən etibarən isə müxtəlif qurumların nümayəndələri tərəfindən mütəmadi olaraq yoxlamalar keçiriləcək.




BİA.az
скачать dle 12.1