Bia.Az

"Biri digərindən mənasız, biri digərindən gərəksiz.." - ETİRAZ

Cəmiyyət
 8-03-2024, 16:29     320

Müğənni Murad Arif müzakirələrə yol açan paylaşımı ilə diqqət çəkib.

Dia-Az.info xəbər verir ki, sənətçi sosial media hesabında 8 Mart Beynəlxalq Qadınlar Gününü qəbul etmədiyini bildirib.

"8 Mart və 23 Fevral... Biri digərindən mənasız, biri digərindən gərəksiz, bizə zərrə qədər də aid olmayan tarixlər. İnanıram ki, gələn nəsillərə qalmaz bu "bayramlar", - deyə vurğulayıb.
скачать dle 12.1