Bia.Az

Kiyev Sudanda da Rusiyaya qarşı döyüşür - "The Wall Street Journal"

Cəmiyyət
 6-03-2024, 13:10     292

Sudan silahlı qüvvələrinin baş komandanı Əbdülfəttah əl-Burhan Ukraynada müharibə başlayandan sonra Kiyevi gizli şəkildə silahla təmin edib.
Bu fikirlər "The Wall Street Journal"da (WSJ) dərc olunan məqalədəndir.

Qəzet Ukrayna və Sudan hərbi rəhbərliyini təmsil edən rəsmilərə istinad edib. Lakin nəşr heç bir sübut təqdim etməyib.
WSJ-nin məlumatına görə, ötən ilin yayında Əbdülfəttah əl-Burhan kömək üçün Vladimir Zelenskiyə müraciət göndərib. O, Kiyev rəhbərindən döyüş təcrübəsi olan Ukrayna xüsusi təyinatlılarının Sudana yerləşdirilməsini xahiş edib. Zelenski onları Ukrayna Silahlı Qüvvələrinin yüksək itkilərinə və Ukraynada əsgər çatışmazlığına baxmayaraq Sudana xüsusi təyinatlı birləşmələr göndərib.

İddia olunur ki, ukraynalı hərbçilər ordu komandanı Əbdülfəttah əl-Burhanın nəzarətində olan qüvvələr ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Hamdan Daqalonun silahlı birləşmələri arasında yaranan münaqişədə fəal iştirak ediblər.

Məqalə müəllifi belə hesab edir ki, “Afrikaya ordu göndərmək Rusiyaya qarşı yönəlmiş strategiyanın bir hissəsinə çevrilib”.

WSJ əldə etdiyi məlumatlardan belə nəticəyə gəlib ki, Kiyev öz hərbçilərini Şərqi Afrikaya göndərməklə riskə gedib. Çünki o zaman Qərbin Ukraynaya dəstəyi laxlayırdı.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov isə nəşrə verdiyi müsahibədə Kiyevin Sudandan xeyli sayda silah çıxardığını etiraf edib. Onun sözlərinə görə, hərbi yüklərin içində geniş çeşiddə silahlar olub.

AzVision.az
скачать dle 12.1