Bia.Az

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştidən xəbər var - TƏFƏRRÜAT

Cəmiyyət
 5-03-2024, 09:38     267

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq

Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
скачать dle 12.1