Bia.Az

“Bacarana baş qurban, ancaq mütrüflər yaxşı yaşamalıdır?” - İlahiyyatçıdan Niyam Salamiyə cavab

Cəmiyyət
 5-03-2024, 01:47     288

“Novxanıda yolun üstündə bir məscid var. Onun yanında da məscidin axundunun evi var. Axundun evi məsciddən gözəldir. Axundların evlərinə, villarına baxın. Başım çıxmır ki, onları necə tikirlər?”

Bu sözləri müğənni Niyam Salami “YouTube” səhifəsində paylaşdığı videoda deyib. O, illərdir səhnədə olmasına baxmayaraq, villa tikə bilmədiyini bildirib:

"Mən müğənniyəm, restoran işlədirəm, amma kartımda 550 manat pul var. İllərdir səhnədəyəm, başımdan pul səpirlər, amma mən villa tikə bilmirəm. Axundun, mollanın necə villası ola bilər? Hasarı mənim evimin qiymətindədir. Bu, necə ola bilər? Dindən əyri istifadə edirsiniz, utanırsınız? Sizə elə bilirsiniz ki, sizə rəhmət düşəcək? Sizə rəhmət düşməyəcək! Villa tikən mollalar o dünyada necə yaşayacaq bilmirəm...”

Sənətçinin bu fikirləri ilə bağlı ilahiyyatçı Tural İrfan “Cebhe.info”-ya danışıb:

“Harada yazılıb ki, axund, din adamı, ilahiyyatçı ac, kasıb və zəlil yaşamalıdır. Harada yazılıb ki, ancaq müğənnilər, mütrüflər, təlxəklər yaxşı yaşamalıdır? Din xadimi insan deyil? Göydən gəlib? Kiminsə qazancını, varını, evini, mülkünü müzakirə etmək, həsəd aparmaq, onu dilə - dişə salıb hədəfə gətirmək insani hal deyil. Bəlkə o axundun istixanası var, Novxanıda pomidor əkir, bəlkə dükanları var, kitab - dəftər satır? Bəlkə imkanlı adamlar din xadimi kimi ona kömək ediblər, bəlkə dostu ev bağışlayıb? Niyə gözü götürmür bəzilərinin? Niyə bizim xalqın din xadimi, ilahiyyatçısı kasıb yaşamalıdır? Çox absurd və gülünc yanaşmadır”.

İlahiyyatçı qeyd edib ki, bu cür fikirlər səsləndimrək ayıb, paxıllıqdır və dind günahdır, adətimizdə də belə şey qəbahət sayılıb:

“Bacarana baş qurbandır, azad ölkədə yaşayırıq. Bir misal var, deyir ki, qonşunu iki inəkli istə, özün də bir inəkli olasan. İndi başqalarına paxıllıq yox, əksinə, daha da imkan arzu etmək lazımdır ki, hamı yaxşı yaşasın. Tanımadığın, bilmədiyin adamın mülkünü, mənzilini müzakirə etmək doğru deyil”.скачать dle 12.1