Bia.Az

Mingəçevirdə Mərkəzi Xəstəxananın vəzifəlilərinə cinayət işi açıldı - TƏFƏRRÜAT

Cəmiyyət
 4-03-2024, 12:06     216

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Publik Hüquqi Şəxsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı araşdırma aparıb.

Bu barədə Yeniavaz.com-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.


Qeyd olunub ki, aparılan araşdırma zamanı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləyən vəzifəli şəxslərin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəməsi aşkar edilib:


“Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda 29 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 ve 308.1-ci maddələri ilə cinayət işi başlanılmış və hal-hazırda iş üzrə istintaq davam etdirilir”.
скачать dle 12.1