Bia.Az

"Məgər, mən İsrail tanıyıram ki?" - Ramiz Mehdiyev danışdı (YENİLƏNİB)

Cəmiyyət
 4-03-2024, 11:41     194

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:
“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

****

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.
Musavat.com gununsesi.info-ya istinadən bildirir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.скачать dle 12.1