Bia.Az

Himalay Məmişov infarkt keçirib? – Nazirlikdən AÇIQLAMA

Cəmiyyət
 3-03-2024, 16:09     216

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə DSMF-dən bildirilib.

Qeyd edilir ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub. Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirilib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib.

DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur. (Report)скачать dle 12.1