Bia.Az

“MƏN ETDİYİM İŞİ HEÇ VAXT GİZLƏTMİRƏM...”– "Mən cəfəngiyyat adamı deyiləm ki..."

Cəmiyyət
 24-08-2020, 11:36     639

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb.

Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

"O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir".

Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

"O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub".скачать dle 12.1