Bia.Az

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

Cəmiyyət
 1-03-2024, 14:19     429

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub.

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib. Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar.

Tədbirin bədii hissəsi Bələdiyyə teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb. Həmçinin, Azərbaycan Respublikasının xalq artisti Röya Ayxan, xalq artisti Könül Xasıyeva, müğənni və DSX kapitanı Elnarə Xəlilova, əməkdar artist Xəyyam Nisanov, əməkdar artist İlkin Əhmədov, əməkdar artist Elton Hüseynəliyev, xanəndə Rəvan Qocayev, aşıq Qoca Ərəbov və gənc şuşalı xanəndə Nuray Hacızadə öz ifaları ilə tədbirə rəng qatıblar.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verib və bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri tanış etməkdən qürur duyduğunu qeyd edib.

Söylü Ağazadə,

BİA.az
скачать dle 12.1