Bia.Az

Əfv olacaq?: “Qarşıdakı 1 və 2 ay ərzində...” - Komissiya üzvü

Cəmiyyət
 28-02-2024, 00:51     294

“Qarşıdakı 1 və 2 ay ərzində əfv gözlənilmir”.

Bunu “Cebhe.info”-ya açıqlamasında Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr aparılmır:

"Novruz bayramı olanda əvvəlcədən müzakirələr keçirilirdi, hələ ki, belə müzakirələr yoxdur. Ona görə də hər hansısa bir şəkildə əfvdən söhbət gedə bilməz. Amma il sonuna qədər olub olmayacağını dəqiq söyləmək mümkün deyil. Bu, Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Nə zaman tapşırıq versə, o zaman Əfv Komissiyası yığılıb yığılan ərizələri müzakirə edəcək və mövqeyini sistemli şəkildə çatdıracaq”.
скачать dle 12.1