Bia.Az

Azərbaycandan qəti tələb: - İrəvan razılaşmağa məcburdur

Cəmiyyət
 27-02-2024, 18:11     337

“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısı Ermənistana da xəbərdarlıq edib:

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Beləliklə, Prezident İlham Əliyev sülh üçün əsas təməl prinsiplərini bir daha diqqətə çatdırdıb.

Milli Məclisin deputatı Jalə Əliyeva “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Xocalıda çıxış edərkən bir daha öz qətiyyətini və iradəsini dünyaya çatdırdı:

“Dövlət başçısı bir daha Azərbaycanın mövqeyini və qətiyyətini ortaya qoydu. Prezidentimizin də söylədiyi kimi Ermənistan və onun havadarları həyata keçirdikləri vəhşiliklərin cəzalandırılmayacağını düşünürdülər.

Amma onlar səhv edirdilər. Hətta bu gün də səhv yoldadırlar. Onların bütün addımları və hərəkətləri bu günə qədər olduğu kimi bundan sonra da fiaskoya uğrayacaq.

Cənab Prezident dünən Xocalı sakinləri və ictimaiyyət nümayəndələri ilə görüşündə sülh üçün təməl prinsipləri bir daha diqqətə çatdırdı. Bu prinsiplər Azərbaycan üçün heç vaxt geriyə çəkilməsi mümkün olmayan prinsiplərdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan prinsiplərinə sadiq qalaraq bundan sonra da dövlət siyasətini həyata keçirəcək:

“Sülh prinsipləri sadəcə Azərbaycanla Ermənistanın deyil, bütün regionun və dünyanın əmin-amalıq və sabitlik içində yaşaması üçündür. Həmçinin, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün bundan sonra Azərbaycana qarşı əsassız iddialar səsləndirilməməlidir.

Rəsmi Bakı mövqeyində qətidir və konkret prinsiplər irəli sürüb. Dövlətimiz bundan sonra da həmin prinsiplər istiqamətində siyasət həyata keçirəcək”.
скачать dle 12.1