Bia.Az

Kəngərlidə ŞOK OLAY: CAMAAT AYAĞA QALXDI... - BU NƏDİ BELƏ?!

Cəmiyyət
 27-02-2024, 11:06     252

Fevralın 24-də Kəngərli rayon Xok kəndində 22 yaşlı kişi 15 yaşlı qızı evlənmək məqsədi ilə zorla qaçırıb. Bu haqda „Gündəlik Naxçıvan“a kənd sakinləri məlumat veriblər. Məsələdən xəbər tutan Kəngərli rayon Polis Şöbəsi işin üstünü bağlamaq üçün hər iki şəxsin valideynlərini barışdırmağa nail olub. Lakin, kənd sakinlərinin Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətdən sonra məsələ böyüyüb. Növbəti gün komitə işə qarışdıqdan sonra isə, valideynlərlə yenidən söhbət aparılıb və azyaşlı qız ailəsinin yanına qaytarılıb.

Komitədən azyaşlı qızın qaçırılmasını təsdiqləsələr də, hadisə ilə bağlı cinayət işinin açılıb-açılmaması, azyaşlıya psixoloji yardım göstərilib-göstərilməməsi ilə bağlı məlumat vermirlər.


Kəngərli rayon Polis Şöbəsindən isə, məsələyə münasibət bildirmək istəmədilər.


Məsələdən xəbər tutub, vaxtında reaksiya vermədiyi üçün Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası sədrinin yalnız töhmətlə cəzalandırıldığı bildirilir.
скачать dle 12.1