Bia.Az

1-ci dərəcəli qazi Vilayət Eyvazovun onu yenidən həyata qaytardığını bildirir - ÖZÜ AÇIQLADI

Cəmiyyət
 26-02-2024, 16:29     385

Savaşda aldığı zədələr səbəindən bu günlərdə sağlamlıq durumu ağırlaşan 1-ci dərəcəli Qarabağ əlili Bədəlli Məğrub Ağamalı oğlunun və doğmalarının DİN rəhbərliyinə müraciəti müsbət həllini tapıb.

Belə ki, nazir, general-polkovnik Vilayət Eyvazov qazinin DİN hospitalında müalicəsinə göstəriş verib və anında hospitalın terapiya şöbəsinə yerləşdirilib.

Hazırda Vətən yolunda sağlamlığını itirən şəxsin həyatına təhlükə sovuşub, həkimlərin nəzarəti altında müalicəsi davam edir.

Qarabağ qazisi nazir Vilayət Eyvazovun onu yenidən həyata qaytardığını bildirir, sayğılarını çatdırır.

Hurriyyet.az
скачать dle 12.1