Bia.Az

İsa Qəmbər üçün özəl gün

Cəmiyyət
 24-02-2024, 14:30     370

Eks-spiker, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin doğum günüdür. Bu gün onun 67 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. O, əslən Füzuli rayonu Kürdlər kəndindədir.

1974-cü indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü, XII çağırış Azərbaycan SSR-in Ali sovetinin deputatı olub. 18 may 1992 – 13 iyun 1993-cü illərdə Azərbaycan Respublikası Ali sovetinin sədri, 17 may 1992 – 16 iyun 1992-ci illərdə prezident səlahiyyətlərinin icraçısı, Müsavat Partiyasının 5-ci başqanı olub.


Tarixi üzrə fəlsəfə doktorudur.


Hazırda Milli Strateji Düşüncə Mərkəzinə rəhbərlik edir.
Ailəlidir, 2 oğlu var.скачать dle 12.1