Bia.Az

İllər sonra üzə çıxdı – Tansu Çillərdən sürpriz qərar

Cəmiyyət
 23-02-2024, 13:38     363

Türkiyənin sabiq baş naziri Tansu Çillər martın 31-də keçiriləcək bələdiyyə seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq baş nazir Cümhur İttifaqının (AKP-MHP) İstanbul böyükşəhər bələdiyyəsi üçün namizədi Murat Kurumu dəstəkləyəcək.

“Murat Kurum İstanbula həyəcanla gəlir. Məncə, İstanbul bu həyəcanı axtarırdı. Çox vacib məqamlara toxunur. Ən önəmlisi zəlzələ ilə bağlıdır. İstanbula zəlzələ gəlir, bunu bilməliyik. İstanbullular nəqliyyatda çox vaxt itirirlər, həyat davam edir. O saatlar itirilməməli zamanlardır”, - Çillər bildirib.

Sabiq baş nazir Kurumun məşğulluq məsələsinə də toxunduğunu söyləyib:

“Məni çox həyəcanlandırır. Çünki gənclərimiz, xüsusən də qadınlarımızın buna çox ehtiyacı olduğunu düşünürəm”.
скачать dle 12.1