Bia.Az

Əlil şəxslərin yaxınlarına qarşı dələduzluq edənlə bağlı QƏRAR

Cəmiyyət
 23-02-2024, 11:53     264

Bakı Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Samir Kərimovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Samir Kərimov şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 7 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmişləri təqaüdləri kəsilmiş əlil tanışlarının təqaüdlərini hər bir şəxs üçün 3000-4000 manat arası dəyişən pula bərpa etmək vədi ilə aldadıb. Təqsirləndirilən şəxs 2021-ci ildə Yasamal və Qaradağ rayonlarında bu yolla həmin şəxslərdən ümumilikdə 49 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxslərdən biri apellyasiya şikayəti verərək, aşağı instansiya məhkəməsinin çıxardığı hökmünün nəticəvi hissəsində dəyişiklik edib, Samir Kərimova həbslə əlaqədar olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi.
скачать dle 12.1