Bia.Az

Parisdə gizlənən Elşad Abdullayevin oğlu Xankəndində necə mülk alıb?

Cəmiyyət
 22-02-2024, 12:34     343

Vətəninfo.az xəbər verir ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin rektoru, hazırda Fransada gizlənən Elşad Abdullayevin oğlu Elşən Abdullayevlə bağlı  redakasiyamıza maraqlı məlumat daxil olub.

Məlumata görə, bir müddət öncə Elşən Abdullayev Qarabağda, xüsusən də Xankəndində yaşayan bir neçə ermənidən, müxtəlif kv.m. sahələrə malik qeyri yaşayış yerləri alıb.
Məlumatda vurğulanır ki, Azərbaycan qanunlarını pozaraq Azərbaycan vətəndaşı olduğu halda, Rusiya Federasiyasının da vətəndaşlığını qeyri-qanuni yolla almağı bacaran Elən Abdullayev bu addımı ilə müxtəlif niyyətlər güdür. Məlumatda qeyd olunur ki, Elşən Abdullayevin Xankəndində qeyri-yaşayış sahələrinə malik əmlakı 44 günlük müharibədən öncə  aldığı bildirilir. Amma onun belə bir addım atmasının arxasında atası Elşad Abdullayev kimi məkirli niyyətləri var. Məlumata görə, Elşən Abdullayev bu əmlakların ona verilməyəcəyi təqdirdə gələcəkdə Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə vermək və bu yolla Azərbaycan dövlətindən küllü miqdarda vəsait almağı düşünür.
Elşən Abdullayevin  Rusiya Federasiyası vətəndaşlığına necə sahib olması, artıq Rusiyanın hüquq-mühafizə orqanlarının da diqqətini özünə cəlb edib.
Məlumata görə,  Elşən Abdullayev Moskva vilayəti, Odintsovo rayonu, Marfino kəndi, 26v ünvanında qeydiyyatda görünür.
Bundan başqa, Elşən Abdullayev və onun atası Fransada qaçqın həyatı yaşayan Elşad Abdullayev Moskvada Azərbaycanın dövlət əmlakını qanunsuz olaraq özəlləşdirib.
Qeyd edək ki, o Azərbaycan vətəndaşı olmaqla 2005-ci ildə təhsil almaq üçün Rusiya Federasiyasına gəlib.


















Redaksiyamıza daxil olan məlumat da o da qeyd edilir ki, Elşən Abdullayev atası Elşad Abdullayev kimi, kriminal hərəkətlərdən də çəkinməyib və o Rusiya vətəndaşlığı aldıqdan sonra, həmyerlimiz Fuad Rzayevin əmlakını müxtəlif vasitələrlə ələ keçirməyə cəhd edib. O Atası Elşad Abdullayevin bir zamanlar sahib olduğu gücə əsaslanaraq Fuad Rzayevə olan borcunu qaytarmaq yerinə, əksinə, güc yolu ilə ona məxsus Lexus-460 markalı, N 888 TV 150 dövlət nömrə nişanlı avtomobili oğurladaraq yaşadığı ünvana aparıb və bu günə kimi də avtomobili sahibinə qaytarmır. Məhkəmə qərarı olmasına baxmayaraq Elşən Abdullayev avtomobilləri sahibinə qaytarmır. Məhkəmə icraçılarının xəbərdarlıqlarına məhəl qoymayan kiçik Abdullayev dövlətin qanunlarını da ayaqlar altına atır.
image-3372e7e4-8cc6-47b1-b566-b8ea36541fd3
Görünür Elşən Abdullayev də atasının yolunu gedərək, hələ də qanunsuz əməllərin davam etdirir və bu günə kimi cəzasız qalmasından istifadə edərək at oynatmaqdadır.скачать dle 12.1