Bia.Az

Məşhur həkim Əkrəm Həsənovun həbsini niyə tələb edir? - TƏFƏRRÜAT

Cəmiyyət
 20-02-2024, 19:39     187

Tanınmış hüquqşünas Əkrəm Həsənov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Qaynarinfo-ya daxil olan məlumata görə, vəkili məhkəməyə mama-ginekoloq Öndər Tulumbacı verib. Məsələnin detallarını öyrənmək üçün vəkil Əkrəm Həsənov və Öndər Tulumbacı ilə əlaqə saxlamağa çalışıb.

Əkrəm Həsənov Qaynarinfo-ya bildrib ki, şikayət vermək həkimin haqqı olsa da, bu tam əsassızdır:

"Bir müddət öncə Ali Məhkəmənin 2021-ci ildə çıxmış qərarı iilə tanış olub, onun haqqında yazmışdım. O anonimləşdirilmiş qərarda da valideynlərin adı yazılmasa da, həkimin adı qeyd olunmuşdu. Yəni, bu məhkəmə işi idi. Orda da zərərçəkən kişi deyib ki, həkimlə keçmiş həyat yoldaşını bu məsələdə günahılandırır. Lakin məhkəmə də kişinin xeyrinə qərar verməyib. Bildirib ki, bununla bağlı kişinin ərizəsi olmayıb ki, donor başqası olsun. Yəni, məhkəmə deyir ki, kişi razılıq vermədiyini qeyd etməli idi. Bəli, başa düşürəm ki, həmin hadisənin işıqlandırılması həkimin işində problem yarada bilər, amma biz nə edək? Baş verənlər haqqında susaq? Heç nəyi deməyək".

Əkrəm Həsənov qeyd edib ki, bu statusu yazmaqda məqsədi süni mayalanma ilə bağlı yaranan problemlərdən çox məhkəmənin qərarının absurd olmasına çəkmək idi:

"Lakin indi həkim Öndər Tulumbacı da məni məhkəməyə verib ki, guya ona böhtan atmışam. Ancaq başa düşə bilmirəm ki, böhtan nədən ibarətdir, çünki mən məhkəmə qərarına istinad etmişəm. Onun istinad etdiyi qanunvericiliyə görə isə böhtan həqiqətə uyğun olmayan məlumatların yayılması ilə həmin şəxsin ləyaqətinə, nüfuzuna zərər vurur. Mən isə məsələyə qiymət vermişəm, bu isə faktlar əsasındadır. Hələ məhkəmə qərarını tam yazmamışdım. Orda kişi bildirib ki, "həkimlə arvadım mənə oyun qurub". Həkim çıxaraq qohumların yanında mənim əlimi sıxıb təbrik etdi ki, siz mütləq ata olacaqsınız. Mən isə bunu qısaldılmış yazmışam. Amma ola bilər ki, kişi bununla bağlı ərizə də yazsa, fakt odur ki, ərizə ortalığa çıxarılmayıb".

Qarşı tərəfin fikirlərini də öyrənmək üçün Öndər Tulumbacının nömrələrinə zəng etsək də, zəngimizə cavab verən olmadı.

Xatırladaq ki, Öndər Tulumbacının şikayətinə Bakı Şəhər Xətai Rayon Məhkəməsində Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı hələ müəyyənləşməyib.
скачать dle 12.1