Bia.Az

Masallı üzrə təhsil sektorunun təkzibinə CAVAB - "Sektor müdiri Qoşqar Hətəmov “sudan quru çıxmaq” istəyir"

Cəmiyyət
 15-02-2024, 10:37     639

BİA.az xəbər verir ki, dünən “Masallı rayonu üzrə təhsil sektoru TƏKZİB EDİR-"Sektor müdiri Qoşqar Hətəmovun barəsində yazılanlar qərəzlidir"sərlövhəli yazı dərc etmişdik. Təkzibdə adı hallanan müstəqil jurnalist Cavid Şirəliyev qarşı tərəf kimi ünvanına səsləndirilən tənqidi faktlara münasibət bildirmişdir. Aşagıda onun redaksiyamıza göndərdiyi yazısını oldugu kimi dərc edirik: 

"Yazını oxudum. Düşündüm ki, buna cavab vermək lazımdır. Cəmiyyətdə zərrə qədər hörməti olmayan belə kəm-kəsir insanlara vaxtında layiq olduqları cavabı verməyəndə, onlar özlərini böyük "zad" hesab edirlər. Odur ki, barəmdə yazılanlara mümkün qədər qısaca cavab verməyə çalışacam.

Əslində nə baş verir? Deməli, “7GÜN XƏBƏR”in sosial şəbəkə hesablarında “Masallının təhsilindən bixəbər nazir - Emin Əmrullayev gələcəyimizi məhv edir?” başlıqlı matrerial dərc edilib. Həmin materialda Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov və onun himayə etdiyi Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru Famil İsmayılov tənqid edilib. Bundan sonra Qoşqar Hətəmov açıqlama verib. Onun konstision hüququ var ki, barəsində deyilənlərə münasibət bildirsin, deyilənləri təkzib etsin. Ancaq onun bu açıqlaması özünü “sudan quru çıxartmaq” cəhdidir. O, açıqlamasında özünü “aydan arı, sudan duru” hesab edərək, ictimaiyyəti aldatmağa çalışıb. Halbuki kimin-kim olduğunu hamı yaxşı bilir. Bilavasitə Masallı rayonunda onu yaxşı tanıyırlar, kim olduğunu dəqiq bilirlər. Belə bir adamın mənim barəmdə danışmasına “...karvan keçər” deyib, əhəmiyyət verməyə də bilərdim. Amma, düşündüm ki, olmaz. Cavab verilməlidir.

Qoşqar Hətəmov açıqlamasında nə üçün işin əsl səbəbi barədə bir cümlə olsun belə yazmayıb? O, mövzudan yayınmaq üçün nəzəri mənim direktor müavini olan kürəkənimə və onun həyat yoldaşına, yəni mənim bacıma yönəldib. Bəlkə ona həqiqətləri demək sərf eləməyib, yoxsa buna cəsarəti çatmayıb?! Elə isə mən onun deyə bilmədikləri barədə deyim.

Belə ki, yuxarıda adı qeyd edilən media orqanında "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsində bir neçə tənqidi məqalə dərc edilib. Onun rəhbərlik etdiyi tibb ocağındakı problemlərdən yazılıb. Həmin yazıların heç biri sözügedən şəxs tərəfindən təkzib edilməyib. Axı, bunu necə edə bilər? İlqar Ramizoğlu barəsində olan tənqidi yazılara münasibət bildirmək əvəzinə başqa vasitələrə əl atmalı olur. İlqar Ramizoğlu bu yazılara görə Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyən əmisi oğlu vasitəsilə həmin məktəbin kimya-biologiya lobarantı işləyən bacımı hədələyir. Direktor Famil İsmaylov bacıma açıq-aşkar deyib ki, qardaşın əmim oğlu, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsində olan yazıları silib, ondan üzr istəməsə, burada sənin gününü qara edəcəm. Ondan sonra məktəb direktoru məktəbin bütün problemlərini bir kənara qoyub, başlayır bacıma təzyiq eləməyə. Famil İsmayılov hətta öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bacımın maaşından qanunsuz pul tutur. Bunu heç nə ilə əsaslandıra bilməyən direktor “Yaxşı eləmişəm. get hara istəyirsən şikayət elə. Mənim PA-da yüksək vəzifədə adamlarım var. Ona görə istədiyim hərəkəti edə bilərəm. buranın “ağa”sı mənəm” deyərək, bildirib. Bu məsələ ilə bağlı bacım nazir Emin Əmrullayevə və Ombudsman xanım Səbinə Əliyevaya müraciət edib. Hazırda həmin müraciət araşdırılma mərhələsindədir.

Bütün bunlardan sonra mən, “7GÜN XƏBƏR”in redaktoru ilə danışıb, ona "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsindəki yazılara görə bacımın təqib və təhdid edildiyini demişəm. Bildiyim qədərilə o şəxs səninlə danışıb və səni ölkənin qanunlarına riayyət etməyi məsləhət bilib.

Bu məsələnin bir hissəsi. Keçim başqa hissəyə...

Özünü təmiz çıxartmağa çalışan Qoşqar Hətəmovun nəzərinə çatdırıram ki, məhz onun Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektoruna müdir təyin edilməsindən sonra rayonun demək olar ki, bütün məktəblərində özbaşınalıq və haqsızlıq, eyni zamanda məktəblərdə kütləvi savadsızlıq, müəllimlərin və şagirdlərin dərslərə davamiyyətinin aşağı düşməsi və sair qanunsuz işlər daha da geniş vüsət alıb. Bütün bunlardan da Qoşqar Hətəmovun məlumatı var. Ancaq o, deyilənləri görməzlikdən gəlir. Maraqlıdır, niyə? Əslində, bu sualın cavabı məlumdur... Yaxşı olardı ki, Qoşqar Hətəmov boşuna özünü tərifləməkdənsə oturduğu posta hörmətlə yanaşsın. Arada-sırada öz otağından çıxıb, məktəblərdəki vəziyyətlə dərindən maraqlansın.

Mən, müstəqil jurnalist olaraq, təxminən on gün (yanvarın 22-dən fevralın 2-nə qədər) Masallı rayonunun bir çox məktəblərində saatlarla müşahidə aparmışam. Xüsusilə, 10 və 11-ci sinif şagirdləri ilə həmsöhbət olmuşam. Şagirdlərlə danışdıqca onların savadsızlığından dəhşətə gəlmişəm. Müşahidələrim zamanı günün ikinci yarısında məktəblərdə dərnəklərin keçirilmədiyi, ümumiyyətlə, məktəblərdə müəllimlərin və şagirdlərin olmadığını da görmüşəm. Bəs niyə bütün bunları siz görmürsüniz? Bəlkə nədənsə görmək istəmirsiniz, cənab Hətəmov?!

Şagirdlər deyirlər ki, məktəbdə kompyuterlər yoxdur. Onların hamısı satılıb. Axı sizin də bundan xəbəriniz var.

Nə vaxtsa təhsili bu günə qoyanların öz laiqli cəvəzalarını alacağına əminəm. Bütün bunların günahkarı sən deyilsənmi, Qoşqar Hətəmov?! Mən, aidiyyatı dövlət orqanlarını Masallı rayon məktəbləri ilə bağlı arzuolunmaz vəziyyəti nəzarətə götürməyi tələb edirəm. Bu gedişlə sonumuz hara gedir? Heç bunu düşünmüsünüzmü?!

Sonda onu da qeyd edim ki, Qoşqar Hətəmovun İlqar Ramizoğlunun dəstəyi ilə Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edildiyi deyilir. Bu barədə növbəti dəfə məlumat verəcəm. Hələlik bu qədər..."

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1