Bia.Az

Azərbaycanda amnistiya olacaq - AÇIQLAMA

Cəmiyyət
 13-02-2024, 15:42     213

Azərbaycan Milli Məclisinin Amnistiya Aktı qəbul edəcəyi gözlənilir.

Bu barədə Gununsesi.info-ya daxil olan xəbərdə bildirilir ki, təxminən 10 min nəfərə şamil olunacaq amnistiya aktı gələn ay parlamentin müzakirəsinə çıxarılacaq.

Amnistiya aktı nəticəsində həbsdə olan siyasi məhbusların bəzilərinin də azadlığa çıxacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan hökuməti siyasi məhbusların çoxluğuna görə ABŞ və Avropa ölkələri tərəfindən tənqidlərə məruz qalır.

Hazırda həbsdə olan siyasi fəallar və jurnalistlərin əksəriyyəti istintaq altında olduğundan onların əfvlə azadlığa çıxması mümkünsüzdür.

Görünür, prezident seçkilərindən sonra yumşalma kursunu götürən hakimiyyət həbsdəki siyasi fəalları amnistiya ilə azadlığa buraxmaq istəyir.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, hələlik təmsil olunduğu komitəyə bu barədə hansısa məlumat daxil olmayıb: “Ancaq mən prezidentliyə namizəd kimi öz çıxışlarımda da bunun zəruriliyindən danışmışam. Hesab edirəm ki, Azərbaycanda amnistiya aktına ehtiyac var. Yaxşı olardı ki, mart ayı ərzində bu akt qəbul olunsun”.
скачать dle 12.1