Bia.Az

Fransanın İrəvandakı səfiri Azərbaycanla sərhəddən paylaşım etdi

Cəmiyyət
 8-02-2024, 17:04     172

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Avropa İttifaqı (Aİ) missiyasının müşahidəçilərinin müşayiəti ilə Qeqarkunikə səfər edib. O, sərhəddə yerləşən Norabak kəndinə baş çəkib.

AzVision.az xəbər verir ki, bu barədə səfir X-dəki səhifəsində məlumat yayıb.

Olivye xatırladıb ki, kənd Azərbaycanla təmas xəttindən cəmi 4 kilometr aralıda yerləşir.

Paylaşımında Azərbaycanın adını yersiz şəkildə hallandıran fransız səfir qeyd edib ki, "Avropalı müşahidəçilərin olması ətrafdan təcrid olunmuş və həssas əhaliyə inam verir".

Onun sözlərinə görə, missiya guya bu sakinlərin unudulmamasına sübut kimi xidmət edir.скачать dle 12.1