Bia.Az

İrəvan Bakıya təklif göndərib: “Sərhədlər 1974-1978-ci il xəritələri ilə müəyyənləşsin”

Cəmiyyət
 8-02-2024, 11:15     118

Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiya və delmitasiyası komissiyası 3 ildir müzakirə aparsalar da, hələ bir arpa boyu irəliyə addım ata bilməyib. Buna səbəb erməni tərəfinin inad etməsi və bir sıra təkliflərdən boyun qaçırmasıdır.

JAMAZ.İNFO xəbər verir ki, bu müzakirələrdə əsas mövzulardan biri də sərhədlərin hansı illərə aid xəritələrlə müəyyən edilməsidir. İndiyə qədər Ermənistan tərəfi 1975-ci il xəritəsi əsasında demarkasiya və delmitasiya prosesinə başlamağa tərəfdar olduğunu bəyan edib. “Hraparak” qəzeti isə bu gün diplomatik mənbələrə istinadən xəbər verib ki, İrəvan Bakıya bu ilin 4 yanvarında xəritə ilə bağlı yeni təklifini göndərib.

Həmin təklifdə Ermənistanın Rusiya Baş Qərargahında saxlanılan 1974-1978-ci il xəritəsinə əsasən sərhədlərin müəyyən edilməsinə razı olduğu qeyd edilib. Hətta bu illərə aid xəritənin sülh müqaviləsiən əlavə edilməsində də maraqlı olduğu vurğulanır.

Erməni nəşri yazır ki, Azərbaycan tərəfi Ermənistanın bu təklifini qəbul etməyib. Belə ki, bu ilin 10 yanvarında rəsmi Bakı İrəvana cavab olaraq bildirib ki, təklif olunan xəritələrə əsasən demarkasiya və delmitasiya onlar üçün məqbul deyil.

Beləliklə, məsələ açıq olaraq qalır. Üstəlik, Azərbaycanın konkret olaraq hansı xəritələrə istinad etməsi ilə bağlı hər hansı rəsmi xəbər yoxdur.скачать dle 12.1