Bia.Az

Qarabağ Universiteti Xankəndidə yerləşəcək

Cəmiyyət
 6-02-2024, 22:11     222

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

Globalinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.скачать dle 12.1