Bia.Az

7 fevral seçkisindən sonra böyük dəyişikliklər olacaq – ANONS

Cəmiyyət
 6-02-2024, 19:10     173

Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiki məqamda seçkidən sonra nə kimi yeniliklərin olacağı geniş müzakirə edilir.

Maraqlıdır, 7 fevral seçkisindən sonra kadr və struktur dəyişiklikləri ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, tarixi bir günün ərəfəsindəyik:

“İlk dəfədir, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri başda olmaqla ölkənin hər qarış torpağında seçkilər baş tutacaq. Bu, yeni tariximiz üçün mühüm hadisədir.

Xüsusilə Xankəndi, Laçın, Kəlbəcər, Xocalı, Şuşada seçki məntəqələrinin olması, səsvermənin keçirilməsi əlamətdar hadisədir. Bir neçə il öncə bunu təsəvvür etmək belə olmurdu. Bəli, biz inanırdıq ki, Qarabağ gec-tez işğaldan azad ediləcək, lakin həqiqətən də bu proses gözlədiyimizdən tez oldu. Bu bir daha Azərbaycan xalqının əzmi, Ordumuzun yüksək peşəkarlığı və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Bütün bu faktorlar İlham Əliyevi sabahkı seçkilərin açıq lideri edir”.

Politoloq vurğulayıb ki, seçkilərdən sonra kadr islahatları çərçivəsində dəyişikliklərin olacağı gözlənilir:

“Təbii ki, bütün bu məsələlər Prezidentin sərəncamındadır. Kadr islahatlarının əsas məqsədi dövlət idarəetməsində operativlik və şəffaflığın təmin edilməsidir. Hesab edirəm, bu proses seçkidən sonra da davam edəcək. Konkret kimlərin gedib, kimlərin qalacağını demək çətin olsa da, gəncləşmə siyasəti çərçivəsində yeni simaları görmək mümkündür”.скачать dle 12.1