Bia.Az

“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimləri keçirilib

Cəmiyyət
 6-02-2024, 17:05     171

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar da, öz növbəsində, kurs müddətində qazandıqları bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Sertifikatların təqdimatı və kurs birinciləri tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

df5eb983ff48ad603f81ded27d3979dd
5bad921bcb8d3c1f2a400a30ae1f193b
223584f1b71a3f2607ead6e99ad4d3c0
58b63fe8ed0bbad62670717b4ab15bc0
b4e03394f70ef6846f180ba6419aa559
07452d3ec12dad4d254ccb4f0760eb7f
скачать dle 12.1