Bia.Az

Toyda alovlu şoular: - DİQQƏT yanğın təhlükəsi var

Cəmiyyət
 6-02-2024, 00:49     181

Bakıda toyda gözlənilməz hadisə baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.

Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.
Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.

Məsələ ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, qapalı məkanlarda, restoran və şadlıq saraylarında priotexniki vasitələrdən istifadə, alovla şouların təşkili yanğın təhlükəsi baxımından yolverilməzdir:

"Nəzərə almaq lazımdır ki, bu cür məkanlarda parça, kətan materialından qurulan dekorların kifayyət qədər yanğın riski mövcuddur. Ona görə də bu vasitələrdən açıq məkanlarda istifadə olunması məqsədəuyğundur. Həmçinin, yaranan kimyəvi tərkibli tüstünün toksiki xasssəli olduğunu düşünsək, gələn qonaqların həyat və sağlamlamlığına pis təsir göstərdiyini deyə bilərik. Əgər sözügedən vasitələrin qapalı məkanlarda istifadəsinə lüzum yaranarsa, bu sahədə həmin şəxsin bilik və bacarıqları olmalıdır. Hətta, istifadə olunacaq priotexniki vasitələrin, qığılcım yaradan alətlərin sertifikasiyası vacibdir. Bu kimi vasitələr dünyanın müxtəlif ölkələrində böyük, dəhşətli hadisələrin yaranmasına səbəb olub. Ötən il paytaxtdakı restoranların birində tavana fişəngdən düşən qığılcım nəticəsində 100-dən çox insan həyatını itirdi, çox sayda yaralılar oldu. Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır".
скачать dle 12.1