Bia.Az

Qubada növbəti reydlər keçirilmişdir

Cəmiyyət
 13-08-2020, 11:52     304

BİA.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin və koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə yaradılmış rayon Qərargahının digər üzvlərinin iştirakı ilə Quba şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərində, ictimai-iaşə müəssisələrində,  turizm obyektlərində, restoranlarda reydlər keçirilmiş, əhalinin daha çox toplaşdığı yerlərdə maarifləndirmə və izahat işləri aparılmış, sahibkarlara və vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur.

Xüsusi karantin rejiminin tələblərini, həmçinin sanitar-gigyenik tələbləri pozan obyektlər barədə qanunamüvafiq ölçü götürülmüşdür.

Quba rayonunun bütün yaşayış məntəqələrində reydlər və mobil qruplar tərəfindən maarifləndirmə və izahat işləri davam etdirilir.


BİA.az
скачать dle 12.1