Bia.Az

Vətəndaş “Karnavall Hall”-dan Daxili İşlər Nazirinə ŞİKAYƏT ETDİ

Cəmiyyət
 5-02-2024, 11:47     255

BİA.az xəbər verir ki, Ağsu rayon Ərəbuşağı kənd sakini Məlikov Maarif Mirələm oğlu Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazovava şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə deyilir:

"Cənab Nazir, yazıb sizə bildirmək istəyirəm ki, mən 22.12.2023-cü il tarixində NZS qəsəbəsində yerləşən “Karnavall Hall” restoranına şadlıq məclisinə getmişdim. Restoranın qarderobuna mənim üçün maddi, mənəvi dəyəri yüksək olan qiyməti 1000+ manatlıq kaşmir paltomu təhvil verdim. Məclis qurtardıqdan sonra paltomu götürmək ücün qarderoba yaxınlaşıb mənə verilən nömrəni təqdim etdim. Orada olan işçi mənə köhnə, nimdaş bir kurtka gətirdi. Etiraz etdim ki, bu mənim deyil. Sonra rəhbərliyə hadisə ilə bağlı məlumat verdim. Mənə dedilər ki, narahat olma bir neçə günə sənin paltonu tapıb verəcəyik. Üstündən bir neçə gün keçdikdən sonra restorana gedib məlumat almaq istədik. Bizə bildirildi ki, restoranı icarəyə götürən adamlar dəyişib və sənə kömək edə bilməyəcəyik. Bundan sonra mən onlayn qaydada Sizə,102 xidmətinə və həmin əraziyə baxan polis işçisinə müraciət etdim. Məni dəvət etdilər, izahat aldılar və bildirdilər ki, köməklik ediləcək. Üstündən xeyli vaxt keçsə də mənə heç bir köməklik edilməyib. Restoran sahibi özünü kənara çəkərək bildirir ki, mən kömək edə bilməyəcəm. Mənim bahalı paltomu onun restoranındam oğurlayıblar. Nə hikmətdirsə həmin yerdə həmin gün nədənsə kameralar da işləməyib.

Cənab Nazir, mən düşünürəm ki, restoran sahibi yəqin ki. tanınmış adamdır deyə ona təzyiq oluna bilmir və mənim itmiş əşyam tapılıb mənə qaytarılmır. Şikayətimə baxan polis məmurları da məsələni bilmədiyim səbəbdən uzadırlar. Sizdən xahiş edirəm ki, bu məsələnin həllində mənə köməklik edəsiniz. Mən özümü sanki təhqir olunmuş kimi hesab edirəm.

Hörmətlə: Məlikov Maarif Mirələm oğlu

BİA.az
скачать dle 12.1