Bia.Az

FHN Xırdalanda qanunsuz tikintilərin sökülməsini davam etdirir - Video

Cəmiyyət
 3-02-2024, 13:29     153

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Bizimyol.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib.

Bildirilir ki, bu çərçivədə, Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.



скачать dle 12.1