Bia.Az

İZİA sənaye parkları üçün 2.5 milyonluq mal-materiallar aldı

Cəmiyyət
 3-02-2024, 00:49     157

İqtisadi Zonaların İnkişafı Agentliyi “İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı sənaye parklarında və məhəllələrində istismarda olan infrastrukturun dayanıqlı, operativ və keyfiyyətli istifadəsi məqsədilə 2024-cü il üçün mal-materialların satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Fortis İndustrial Solutions” MMC olub.

Qalib şirkətə 2 480 036 manat ödəniləcək.

Qeyd edək ki, “Fortis İndustrial Solutions” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamal Əlibəyli Mehman oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 15, Azure Biznes Mərkəzi, 11-ci mərtəbə, otaq 69 ünvanında yerləşir
скачать dle 12.1