Bia.Az

"Karnaval Hall" şadlıq sarayında FIRILDAQ? - BU NƏDİ BELƏ...

Cəmiyyət
 2-02-2024, 16:12     428

BİA.az-a müraciət edən Agsu rayon cakini Məlikov Maarif Mirələm oğlu bildirib ki, 22 dekabr 2023-cü il saat 18 00 da NZS qəsəbəsi ərazisində fəaliyyət göstərən "Karnaval Hall" şadlıq sarayında keçirilən məclis zamanı qiyməti təqribən 1000 manat dəyərində olan paltosunu qarderoba təhvil verib. Məclisdən çıxan zaman paltosunu götürmək istəyən vətəndaşa başqa, köhnə bir palto verilib. Buna etiraz edən vətəndaşa bildirilib ki, yaxın zamanda paltonuz tapılıb sizə təhvil veriləcək. Üstündən xeyli müddət keçdikdən sonra restoranla əlaqə saxlayan vətəndaşa deyiblər ki, artıq həmin restoran başqa adamlara kirayə verilib.

Maarif Məlikov ona dəymiş ziyanın ödənilməsi üçün rəsmi şəkildə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirir.

BİA.az
скачать dle 12.1