Bia.Az

"Müxtəlif sferaları təmsil edən insanların seçkiyə və namizədlərə münasibətini görürük"

Cəmiyyət
 2-02-2024, 14:34     226

“Seçkiyə sayılı günlər qalıb. Biz, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə aktiv şəkildə görüşlər keçirirk. O cümlədən, müxtəlif sferaları təmsil edən insanların seçkiyə və namizədlərə münasibətini görürük”.


Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, artıq Azərbaycan seçicisinin öz seçimini etdiyini demək olar.
Azər Badamov 
Azər Badamov

“Bu seçimin ölkənin qələbəsi, təmin olunmuş sabitlik, iqtisadi inkişaf, insanların sosial rifahının yaxşılaşması, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin beynəlxalq arenada qazandığı nüfuzu, ordunun güclənməsi, uğurlu gənclər siyasəti və sairə olduğunu qeyd edə bilərəm. Görüşlərimizdə iştirak edən vətəndaşlar ölkəmizdə başqa alternativ bir yolunu görmürlər. Ona görə də, bu seçkilərə vətəndaşların marağı çox böyükdür və seçkidə iştirak etmək hüququ olan hər bir vətəndaş qalib xalqın Liderinə yenidən səs vermək özünün şərəf borcu və qürur olduğunu bildirir”-deyə deputat əlavə edib.скачать dle 12.1