Bia.Az

YAP seçki mitinqi keçirəcəkmi? - TAHİR BUDAQOV DEYİR Kİ…

Cəmiyyət
 2-02-2024, 13:23     130

“Yeni Azərbaycan Partiyası qarşıdakı günlər ərzində paytaxtda hər hansı bir mitinq keçirtmək niyyətində deyil. Bizim seçicilər ilə görüşümüz hər bir rayonda təşkil olunub.

Hava şəraitini də nəzərə alaraq belə bir mitinqi nəzərdə tutmamışıq”.

Bunu Gununsesi.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Aparatının rəhbəri, sədrin müavini Tahir Budaqov bu barədə sualı cavablandırarkən deyib.

Tahir Budaqovun sözlərinə görə, İlham Əliyevin Seçki Qərargahının üzvləri və vəkilləri hər bir rayonda görüşlər keçirir:

“Keçirdiyimiz görüşlərdə böyük izdiham yaşanır. Prezident seçkisi bütün ölkənin hüdudlarında keçirildiyindən təbliğat-təşviqat işlərimiz də buna görə qurulub. Bakıda xüsusi mitinqə ehtiyac duymadıq”.
скачать dle 12.1