Bia.Az

Buzovnalılar çarəsiz DURUMDA - Sakinlər nə edəcəklərini, kimdən kömək istəyəcəklərini bilmirlər

Cəmiyyət
 1-02-2024, 16:06     281

Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində yaşayan sakinlər bir müddətdir ki, təbii qazın verilməsindən çox əziyyət çəkirlər. Qışın bu oğlan çağında, bu soyuqda təbii qazın təzyiqi çox aşağı salınır. Qaz təchizatında fasilələr əmələ gəlir. Qazın təzyiqi o qədər aşağı düşür ki, qaz sönür. Nəticədə sakinlər gecəni səhərə qədər buz kimi soyuq evlərdə oturmalı olurlar.

Dəfələrlə "Azəriqaz"ın qaynar xəttinə və "Azəriqaz"ın Xəzər rayon şöbəsinə müraciət etmələrinə baxmayaraq heç bir nəticə yoxdur. Ümidsiz qalan sakinlər çarəsiz durumdadırlar. Sakinlər nə edəcəklərini, kimdən kömək istəyəcəklərini belə bilmirlər.

Sarvan KƏRİMOV, BİA.azскачать dle 12.1