BiZNESMEN DEPUTATIN TiKiNTi ŞiRKƏTi PAYTAXTDA ÇOXiLLiK AĞACLARI MƏHV EDiR-FOTO, ViDEO
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına daxil olmuş məlumata görə, “un kralı” kimi tanınan biznesmen — deputat Əsabil Qasımova məxsus “İnvest M. Construction” MMC tikinti şirkəti Nəsimi rayonunun köhnə İcra Hakimiyyəti binasının arxa tərəfindəki 100-dən artıq çoxillik ağacı kökündən çıxararaq məhv edib. Bildirilir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi müvafiq icazə olmadan məhv edilmiş 37 ağac üçün 234000 (iki yüz otuz dörd min) manat məbləğdə cərimə protokolu tətbiq etmiş, cərimə məhkəmə qaydasında tikinti şirkətinə ödətdirilmişdir. Qalan 500-dən çox ağac isə hər gün su və başqa maye töküılməklə qurudularaq məhv edilib, kökündən çıxarılıb atılıb.