Bia.Az

"intihara doğru qovalanma": - Zəncirin zəif halqası Nia Qurbanovadır

Cəmiyyət
 29-01-2024, 00:43     177

Ölkənin sosial media gündəmini məşhur tiktokerlər zəbt edib.

Furkan Ağluç adlı türkiyəli gənclə nişanlanmış azərbaycanlı sosial media fenomeni Nia Qurbanovanın videobloger Sabir Samiroğlu ilə birlikdə çəkilmiş görüntüləri son sutkada əsas paylaşım mövzusudur.

Mövzu hətta Türkiyə mediasına da çıxıb. Bloger Sabir Samiroğlu tiktoker Nia Qurbanova ilə yayılan görüntülərinə aydınlıq gətirib.

O, açıqlamasında bildirib ki, görüntülər uzun müddət öncəyə aiddir. Həmin vaxt Nianın türk bloger Furkanla münasibətləri olmayıb:
“Biz uzun zamandır Nia ilə tanışıq. Təbii ki, bizim aramızda müəyyən qığılcım olmuşdu. Biz bir münasibətə başlaya bilərdik. Sadəcə gördük ki, bizdə alınmır. Biz bu söhbəti yekunlaşdırdıq. Başlamadan, hər şey bitdi. Biz söz vermişdik ki, bu münasibət ikimizin arasında qalsın. O zaman Nianın həyatında heç kim yox idi. Hansısa bir liftdə çəkilən şəxsi görüntülərin yayılması ilə bağlı ayrıca məşğul olunacaq”.

Sözügedən videodan sonra Furkan Ağluç Nia Qurbanovadan nişan üzüyünü geri qaytarmasını tələb edib.

"Sherg.az"a danışan kriminalist -ekspert İlqar Altay isə hesab edir ki, bu mövzunun müzakirəsi "intihara doğru qovalanma" təsiri bağışlayır.
Bu məsələdə zəncirin zəif halqasının məhz N. Qurbanova olduğunu vurğulayan kriminalist cəmiyyətin onun üzərinə getməsinin, bütün günahı onda görməsinin xoşagəlməz nəticələri olacağını güman edir:

" Bizim cəmiyyət belə amansız deyildi. Nə olub?! Qızı tanımıram görməmişəm, haqqında heç eşitməmişəm, son günlər ətrafındakı isterik bir ictimai səs-küydən azacıq maraqlandım, nədir nə olub? Nə məsələdir, Kənan-M, Çoban, filan?

Aydındır! Bu qız, zəncirin zəif halqasıdır. Yəni, demək ki, məhvə məhkumdur. Çünki hər tərəf, aidiyyəti olanlar və olmayanlar, böyüklü-kiçikli, qadınlı-uşaqlı, bığıburma erkəkli bu 30 kiloluq qızcığazın üzərinə gedəcək, onun ruhən əzab çəkməsindən həzz alma ehtirası ilə əzəcək. Ta ki bu qız intihar edənəcən. Ona bu yolu qoyub, bizim bu cəmiyyətdə bərkimiş adət: zəifdi vur! Necənci özünü-müdafiə həyasızlıqsız nəfərdir ki, son ayları, sıxılır, intiharda tapır çıxış yolunu.

Videonu münasib bilmədim, ancaq söyüş filan etmir. Kimsəsiz, arxasız olub, səhvi olub, araya, ortaya salınıb oynadılıb, aldadılıb... Qovrularaq etiraf edir. Yəqin, söyüşcül səsli-çığırtılı həyasız üzcıran olsaydı, bu günə də düşməzdi, hər kəs çəkinər aldadıb əzməzdi, televiziyalarda da yeri vardı" .скачать dle 12.1