Bia.Az

Həmid Herisçi xəstəxanaya yerləşdirildi

Cəmiyyət
 26-01-2024, 23:47     184

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

***
Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib:

“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”скачать dle 12.1