Bia.Az

Müharibə olacaq: Azərbaycanın əyalətinə çevriləcəyik – Kiviryan

Cəmiyyət
 26-01-2024, 20:41     183

“Azərbaycan və Ermənistan arasında hər zaman yeni müharibə təhlükəsi var”.

Globalinfo.az xəbər verir ki, belə bir açıqlama ilə erməni politoloq Arqişti Kiviryan çıxış edib.

O bildirib ki, Nikol Paşinyanın təklif etdiyi sülh müqaviləsi modeli regiona yeni müharibə gətirəcək:

“Nə qədər ki Paşinyan yürütdüyü siyasəti davam etdirir, belə bir təhlükə hər zaman mövcuddur. Bu cür davam edərsə, Ermənistan Azərbaycanın əyalətinə çevriləcək”, – Kiviryan vurğulayıb.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Bakının bütün şərtlərini sürətlə yerinə yetirir. Paşinyan isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinin Türkiyə və Azərbaycan tandemi ilə bağlı olduğunu çəkinmədən dilə gətirir.

Erməni ekspertin sözlərinə görə, istənilən dialoqun müsbət tərəfləri var:

“Ancaq dövlət səviyyəsində vasitəçilərsiz danışıqlar təhlükəlidir. Ermənistanla Azərbaycan arasında güc pariteti (bərabərliyi) olsaydı, bu, danışıqlara müsbət təsir göstərərdi. Çünki istənilən vasitəçi öz maraqlarına uyğun addım atır. Amma qüvvələr bərabər olmayanda mütləq zamin lazımdır”, – Kiviryan fikirlərini tamamlayıb.скачать dle 12.1