Bia.Az

Cəbrayıldan yayılan görüntülər narahatlıq yaratdı – Ərazidə nə baş verir?

Cəmiyyət
 26-01-2024, 11:04     95

Cəbrayıl şəhərində hazırda tikintisi davam edən yaşayış binalarının görüntüsü müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə binaların nizamsız və bir-birinə yaxın tikildiyi vurğulanır, tənqid olunur. Kiçik ərazidə bir neçə binanın inşası yanlış və qeyri-peşəkarlıq kimi dəyərləndirilir. İnşaat işlərinin daha geniş ərazidə aparılmalı olduğu vurğulanır.
Maraqlıdır, şəhərsalmanın bu şəkildə həyata keçirilməsi doğrudurmu?

Nüsrət İbrahimov

Mövzu ilə bağlıGlobalinfo.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov binaların tikintisində bir çox amillərin nəzərə alındığını və gələcəyə yönəlik hesablama aparıldığını deyib:

“Cəbrayıl şəhəri də daxil, işğaldan azad olunan bütün yaşayış məntəqələrində aparılan tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı baş planlar əsasında həyata keçirilir. Təbii ki, baş plan hazırlananda komitə bütün tikinti norma və standartlarını nəzərə alır. Burada sadəcə tikilinin hansı istiqamətdə olması, aralarındakı məsafə deyil, işıqlandırılması, küləyin istiqaməti, hündürlük və ən əsas məsələ, torpağa qənaət məsələləri nəzərə alınır. Çünki zaman keçdikcə Azərbaycanda il ərzində 1 faiz əhali artımı olur. Təsəvvür edin, 100 ildən sonra ölkəmizdə əhali sayı indikindən iki dəfə çox olacaq, adambaşına düşən torpaq sahəsi isə iki dəfə azalacaq. Bundan əlavə, həmin insanları qida ilə təmin etmək üçün bizə xeyli boş torpaq sahəsi lazım olacaq”.

“Ona görə də komitə bütün bu məqamları nəzərə alır. Sadəcə bu günün deyil, növbəti 100 ilin yaşam şərtləri hesablanır, planlama həyata keçirilir. Bu səbəbdən Cəbrayıldan yayılan tikinti görüntüsündə hər hansı nöqsan görmürəm. Çünki komitənin hansı standartlar, normativ sənədlərlə işlədiklərini bilirəm”, – ekspert vurğulayıb.

Qeyd edək ki, Cəbrayıl şəhərinin baş planının hazırlanması üçün 3,6 milyon manat məbləğində vəsaitin sərf olunduğu bildirilir.скачать dle 12.1