Bia.Az

Dənizçilik sahəsində potensialdan tam istifadə olunmur - Natiq Cəfərli

Cəmiyyət
 25-01-2024, 16:03     247

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə 2023-cü ildə daşınan sərnişinlərin sayı 24 min 399 nəfər olub və bu da 2022-ci illə müqayisədə 2 737 nəfər (12,6 %) çoxdur.

Bu barədə ASCO-dan bildirilib.


Qeyd edilib ki, ötən il sərnişinlərin çoxu "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşınıb. Bu gəmi ilə 6 023 nəfər mənzil başına çatdırılıb.


Keçən il ASCO-nun müştərilərə təqdim etdiyi elektron bilet xidmətindən yararlanaraq bilet alan sərnişinlərin sayı isə 99 nəfər təşkil edib. Bileti ASCO-nun rəsmi saytında (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsindən əldə etmək mümkündür.


Həmçinin 2023-cü ildə ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 2 170 reys həyata keçirilib.

Azərbaycanın dənizçilik sahəsində olan inkişaf barədə "Sherg.az"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu sahədə inkişafın olması müsbət haldır:

"Amma ölkədə sözügedən sahədə potensialdan tam istifadə olunmur. Yəni Xəzər dənizində istər sərnişin daşımalarında, istərsə də kruizlər üçün böyük imkanlar mövcuddur. 5 Xəzəryanı ölkələrə səfərlər təşkil etmək olar. Bu sahədə sərnişin dövriyyəsini doğru siyasət yürütməklə 100 minlərə çatdırmaq mümkündür. Xəzəryanı ölkələrlə turizm sazişləri imzalanarsa, hətta papulyar kruiz turları təşkil etməkdə olar.
скачать dle 12.1