Bia.Az

Binəqədidəki FACİƏDƏ İbrahimovların İZİ... - İLGİNC İDDİA

Cəmiyyət
 23-01-2024, 13:29     119

Xəbər verdiyimiz kimi, ötən həftəsonu Binəqədi rayonu ərazisindəki taxta sexində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 24-də çatdı...

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyindən "Təzadlar"a verilən birgə məlumatda deyilirdi ki, "...yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək".

Həmçinin Baş Prokurorluğun Mətbuat xidmətinə "Təzadlar"dan daxil olmuş sorğuya cavab olaraq bildirilmişdi ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 9 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb... Ölkə mediası bu sexin İbrahimovlara məxsus olduğunu yazsa da, qarşı tərəf gah belə dedi, gah da elə...
Lakin "Təzadlar"a daxil olan bir məlumat bizi şoka saldı. Məlum olur ki, həmin mebel emalatxanası Diaspor üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimova və qardaşları Hacı İbrahim Nehrəmli ilə Tağı İbrahimova məxsus olub. Onu da öyrəndik ki, emalatxana “SOCAR”a məxsus magistral qaz borusunun üstündə tikilibmiş. Hətta SOCAR-ın o vaxtkı prezidenti Rövnəq Abdullayev hələ 10 il əvvəl, yəni Nazim İbrahimov və qardaşlarının at oynatdığı vaxtda həmin obyektin sökülməsi üçün məhkəməyə müraciət edibmiş. Lakin obyekti sökdürə bilməyib.

Nəticədə 10 il sonra emalatxana dağılıb yerlə bir oldu və 10 nəfərin həyatına son qoyuldu. Burada birinci günahkar, Nazim İbrahimov və qardaşlarıdır. İkinci günahkar, SOCAR-ın o vaxtki rəhbərliyidir ki, obyektin sökülməsində axıra qədər israrlı olmayıb. Üçüncü günahkar isə, həmin işə məhkəmədə baxan və obyektin sökülməsi haqqında, hansısa maraq naminə, obyektiv qərar verə bilməyən hakimdir. Bu insanlar təcili surətdə axtarılıb tapılaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır!
SONDA: "Təzadlar" Binəqədi rayon Məhkəməsinə rəsmi sorğu göndərərək həmin məhkəmə iddiasının bəzi sənədləri götürməyi xahiş edib. Əlavə məlumat veriləcək.


İnanırıq ki, istintaq da bu istiqamətdə öz işini görəcək...


"Təzadlar" Araşdırma Qrupu
скачать dle 12.1